Məmmədov Yeni Zelandiyada deputatlığa namizəd oldu

Məmmədov Yeni Zelandiyada deputatlığa namizəd oldu
  08 Sentyabr 2017    Oxunub:2604
Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, T. Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, 22 ildir Yeni Zelandiyada yaşayan T. Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.

T. Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib.



Aytən Zəhra
AzVision.az


Teqlər: Zellandiya  





Xəbər lenti