İlham Əliyev Astanaya getdi - FOTOLAR (Yenilənib)

İlham Əliyev Astanaya getdi - FOTOLAR (Yenilənib)
  09 Sentyabr 2017    Oxunub:3266
Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Kazinform” saytı məlumat yayıb.

Astana şəhərinin Nursultan Nazarbayev adına beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycanın dövlət başçısını Qazaxıstan baş nazirin birinci müavini Yerbolat Dosayev və Astana şəhəri merinin müavini Kosman Aytməhəmmədov qarşılayıblar.



Qeyd edək ki, sentyabrın 10-11-də Astana müstəqillik sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalara dair Sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv dövlətlərdən 80-ə yaxın nümayəndə heyəti, beynəlxalq və regional təşkilatlardan müşahidəçilər iştirak edəcəklər.



Sammitin məqsədi İƏT dövlətləri arasında elm və texnologiya, innovasiyalar və modernləşdirmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir. Tədbir çərçivəsində “XXI əsrdə artan elmin cəmiyyətə təsiri” “Davamlı inkişafda elm və texnologiyaların rolu”, “Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar” və “Elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçiriləcək. Sammitdə Astana Bəyannaməsinin qəbul olunacağı gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Astana  





Xəbər lenti