Myanmada etnik təmizləmə aparılır - BMT

Myanmada etnik təmizləmə aparılır - BMT
  11 Sentyabr 2017    Oxunub:1481
Myanma hökumətinin Rohingya müsəlmanlarına qarşı hərbi əməliyyatı etnik təmizləmə hesab oluna bilər.
AzVision.az-ın məlumatına görə, bunu BMT-nin İnsan hüquqları üzrə Şurasının sessiyası zamanı təşkilatın insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn deyib.

O, hökuməti müsəlmanlar və Myanma ordusu arasında toqquşmaların baş verdiyi ştata BMT nümayəndələrinin çıxışını təmin etməyə çağırıb: " Myanma hökuməti bölgəyə insan hüquqları üzrə mütəxəssislər buraxmadığı üçün vəziyyəti dəqiqliklə müəyyənləşdirmək mümkün deyil. Mən hökuməti hərbi əməliyyata son qoymağı, bütün günahkarları məsuliyyətə cəlb etməyə və Rohingya müsəlmanlarına qarşı amansız ayrı-seçkiliyə son qoymağa çağırıram".

AzVision.az






Teqlər: BMT   Myanma  





Xəbər lenti