Bu il Bakıda 68 qadın evdə doğuş edib

Bu il Bakıda 68 qadın evdə doğuş edib
  12 Sentyabr 2017    Oxunub:1527
Bu ilin 8 ayı ərzində evdə doğuşlarla bağlı Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 68 müraciət olub, hamısı xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər veri ki, bunu Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva deyib. O qeyd edib ki, evdə doğuşu həyata keçirilən ana və uşaqların hamısı təcili yardım həkimləri tərəfindən hospitalizasiya olunur.

"Təcili yardım həkimləri hadisə yerinə çatanda artıq doğuşlar bitmiş olur. Evdə doğuşları adətən 2-3-cü hamiləliyi olan qadınlar edir. Birinci hamiləlikdə evdə doğuşlara çox az rast gəlinir".

İ.Əliyeva qeyd edib ki, əsasən Bakıətrafı kəndlərdə yaşayan əhali arasında evdə doğuş halları çox olur. "Onların əksəriyyəti də rayondan Bakıya yaşamağa gələnlər və az sayda qonaqlar da olur. Araşdırma zamanı məlum olur ki, evdə doğuşu həyata keçirilən qadınlar qadın məsləhətxanalarına hamiləlik boyu ya getməyib, ya da 1-2 dəfə gedib".

Aytən Zəhra
AzVision.az


Teqlər: TTTYS   yardım   həkim  





Xəbər lenti