Sarkisyan “təmizləmə” əməliyyatına başladı - Hədəf baş qərargah rəisi

  12 Sentyabr 2017    Oxunub : 1246
Sarkisyan “təmizləmə” əməliyyatına başladı - Hədəf baş qərargah rəisi

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan tərəfindən həyata keçirilən kadr dəyişiklikləri nazirlikdə gərgin atmosfer yaradıb.

AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə, növbəti “qurban” Ermənistan Silahlı Qüvvələrin baş qərargah rəisi Movses Hakopyan seçilib.

Belə ki, o, müəyyən müddətdən sonra öz vəzifəsindən azad ediləcək və onun əvəzinə birinci müavin Onik Qasparyan təyin ediləcək.

Artıq, Hakopyan öz yaxın ətrafında açıq-aşkar olaraq ona qarşı bənzər davranışların ədalətsiz olduğunu bildirməyə başlayıb.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi