“Nar”ın dəstəyi ilə “Brain Ring” yarışları start götürüb

“Nar”ın dəstəyi ilə “Brain Ring” yarışları start götürüb
  12 Sentyabr 2017    Oxunub:1452
Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru olub.
Mobil operatordan AzVision.az-a verilən məlumata görə, sentyabr ayının 10-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – doqquzuncu mövsümü start götürüb. “Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanır.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2017” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq üçüncü “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

AzVision.az


Teqlər: Nar  





Xəbər lenti