“İsrail kürdlərin dövlət yaratmasını dəstəkləyir” – Netanyahu

“İsrail kürdlərin dövlət yaratmasını dəstəkləyir” – Netanyahu
  13 Sentyabr 2017    Oxunub:3248
İsrail kürd xalqının müstəqil dövlət yaratmaq barədə qanuni səylərini dəstəkləyir. AzVision.az “TASS”-a istinadən xəbər ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

“İsrail istənilən növ terrora qarşı çıxır. Lakin o eyni zamanda kürd xalqının müstəqil dövlət yaratmaq barədə qanuni səylərini dəstəkləyir”, - deyə İsrail hökumətinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, sentyabrın 25-i İraq Kürdüstanında müstəqilliklə bağlı referendum keçiriləcək.İraq rəsmiləri təyin olunan referenduma qarşı çıxır. Rəsmi Bağdad kürd rəhbərliyinin referendum qərarını qanunsuz və ölkə konstitutsiyasına zidd olduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İraq   Bağdad  





Xəbər lenti