Almaniya Türkiyəyə təzyiqlər göstərir – XİN rəhbəri

Almaniya Türkiyəyə təzyiqlər göstərir – XİN rəhbəri
  13 Sentyabr 2017    Oxunub:1911
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insanların fikirlərini ölkə daxilindəki problemlərdən yayındırmaq üçün Almaniya ilə münasibətləri pisləşdirir. AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel “Nordwest Zeitung” nəşrinə müsahibəsində bildirib.
“Ərdoğan ölkə daxilində fikir ayrılıqlarından yayındırmaq üçün Almaniyanı xarici düşmən kimi istifadə edir”, - deyə Ziqmar vurğulayıb.

Onun sözlərinə görə, Almaniya rəhbərliyi uzun müddət Ankara tərəfindən atılan atmacalara “yumşaq reaksiya” verib: “Lakin Türkiyədə almanların həbsdə olduğu və Türkiyə rəhbərliyinin 680 şirkəti terrorçulara dəstək verməkdə ittiham etməsi nəzərə alınsa, biz reaksiya verməli idik.

Qabriel əlavə edib ki, Ankaraya iqtisadi təzyiqlər öz bəhrəsini verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ərdoğan   Türkiyə   Almaniya  





Xəbər lenti