Rüfət Aslanlı BVF-nin departament direktoru ilə görüşüb

17:10   13 Sentyabr 2017    Oxunub: 461
Rüfət Aslanlı BVF-nin departament direktoru ilə görüşüb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan AzVision.az-a verilən məlumata görə, görüş zamanı ölkənin maliyyə sektorunda həyata keçirilən islahatlar, nəzarət və tənzimləmə tədbirləri, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı”nın restrukturizasiyasına dair fikir mübadiləsi aparılıb.

BVF-nin Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycanın bank sektorunun sağlamlaşdırılması və ümumilikdə makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib. Müzakirələr zamanı qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.

AzVision.az

Teqlər: Palata   Rüfət-Aslanlı    




Rubrikanın digər yazıları