Xəzəryani ölkələrin XİN rəhbərləri görüşəcək

Xəzəryani ölkələrin XİN rəhbərləri görüşəcək
  14 Sentyabr 2017    Oxunub:1196
Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı yaxın həftələrdə baş tutacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə apardığı danışıqların yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Xəzər statusunu müzakirə etdik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dair müzakirələr sonuncu mərhələyə daxil olur. Yaxın həftələrdə Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının növbəti toplantısını keçirəcəyik”,- deyə Lavrov vurğulayıb.

AzVision.az



Teqlər: Lavrov  





Xəbər lenti