“Azərbaycan geosiyasi mərkəzə çevrilir” – Dimitri Savelyev

“Azərbaycan geosiyasi mərkəzə çevrilir” – Dimitri Savelyev
  14 Sentyabr 2017    Oxunub:3541
Rusiya və Azərbaycan uzun müddət bir ölkənin tərkibində olublar. Onlar birgə uzun və şərəfli yol keçiblər. Biz siyasi, iqtisadi və mədəni sahələrdə uğurla əməkdaşlıq edirik. Biz bu gün əksər məsələlər üzrə ortaq mövqe sərgiləyirik. Azərbaycan prezidenti İlham Əliyev praktik və realist siyasətçidir. Hazırda Azərbaycanla Rusiya arasında 200-dən çox hökumətlərarası və regionlararası saziş var.
AzVision.az xəbər verir ki, bunu “Moskva – Bakı oxu” konfransında çıxışı zamanı Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib.

“Hər iki ölkənin prezidentlərinin və hökumətlərarası komissiyalarının görüşləri, əlaqələrin daha da genişlənməsinə imkan verir. Rusiya öz cənub qonşusunun timsalında uzunmüddətli və anlaşılan qaydalarla oynayan güclü və etibarlı tərəfdaş tapıb. İlk növbədə bu iqtisadi əlaqələrə aiddir: Azərbaycan və Rusiya arasında azad ticarət rejimi qüvvədədir. Qarşılıqlı investisiyaların həcmi milyardlarla dolları ötüb. Biz artıq birgə layihələrin həyata keçirilməsinə başlamışıq”, - deyə rusiyalı deputat bildirib.

Onun sözlərinə görə, belə layihələrdən ən böyüyü hazırda reallaşdırılan İranla birgə Şimal – Cənub dəhlizidir: “Rusiya və Azərbaycan arasında mədəniyyət sahəsində də intensiv olaraq əməkdaşlıq həyata keçirilir. 25 ildə Azərbaycan nəinki Cənubi Qafqazda lider mövqeyə nail ola bildi, o, həmçinin geosiyasi mövqeyindən istifadə edərək regionda təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verdi. Azərbaycan lap əvvəldən sübut etdi ki, balanslaşdırılmış və müstəqil xarici siyasət yürütmək iqtidarındadır. Bu isə inkişaf üçün çox geniş perspektivlər açır. Azərbaycan tez-tez Rusiya, İran və Türkiyə arasında geosiyasi mərkəzə çevrilir. İki il əvvəl Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən Rusiya qırıcısının vurulmasından sonra məhz Azərbaycan rəhbərliyi tərəflər arasından vasitəçi olmaq, həll yolunu tapmaq, Türkiyə-Rusiya arasında münasibətlərin normallaşması üçün əlindən gələni etdi. Buna görə Azərbaycanın nüfuzu daha da artdı. Hazırda çoxtərəfli Rusiya-Azərbaycan əlaqələrində böyük inkişaf müşahidə olunur. Bu onu göstərir ki, ölkələrimiz belə qarşılıqlı əlaqələrin dərinləşməsində bərabərhüquqlu şəkildə maraqlıdırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, birgə səylərimiz nəticəsində biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Azərbaycanın ərazi bütövlüyünün bərpasına öz töhfəmizi verməliyik”.

Vüsal Məmmədov
Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti