Tofiq Zülfüqarov: “Onu mən öldürməmişəm...”

Tofiq Zülfüqarov: “Onu mən öldürməmişəm...”
  16 Sentyabr 2017    Oxunub:8714
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov piyadanın ölümü ilə nəticələnən yol qəzasında iştirakı ilə bağlı məlumatlara aydınlıq gətirib.
Keçmiş XİN rəhbəri AzVision.az-a deyib ki, piyadanı o, öldürməyib.

“Piyada avtobusun qabağından qəflətən yola çıxıb. Mənim avtomobilimin güzgüsü ona dəyib. Daha sonra piyadanın üstündən yük maşını keçib. Piyadanın ölümünə mən səbəb olmamışam. Ölən şəxs içkili vəziyyətdə olub. Həmin qəzada iştirakım çox nisbi olub və hadisə müşahidə kameralarına düşüb. Hadisə ilə bağlı şahid qismində ifadə vermişəm. Qəzada heç bir qanun pozuntusuna yol verməmişəm. Hətta maşının sürəti nəzərdə tutulan həddən aşağı olub”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qəza   Piyada   Ölüm   Tofiq-Zülfüqarov  





Xəbər lenti