“Canlı xatirə” adlı konsert keçiriləcək

“Canlı xatirə” adlı konsert keçiriləcək
  17 Sentyabr 2017    Oxunub:2862
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “ASAN Xidmət”, Beynəlxalq Muğam Mərkəzi, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə 18 sentyabr, saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyovun 132 iliyinə və Milli Musiqi gününə həsr olunmuş “Canlı xatirə” adlı konsert keçiriləcək.
Konsertdə rəsmi qonaqları kimi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Beynəlxalq Muğam Mərkəzinin direktoru xalq artisti Murad Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva və əməkdar artist Ülviyyə Hacıbəyli iştirak edəcəklər.

Musiqi gecəsində milli mədəniyyətimizin özəyi olan və tariximizi özündə əks etdirən canlı musiqi nömrələri səsləndiriləcək.

AzVision.az


Teqlər: ASAN-Könüllüləri  





Xəbər lenti