Bakı-London reysinin təxirə salınmasının səbəbi açıqlandı

Bakı-London reysinin təxirə salınmasının səbəbi açıqlandı
  17 Sentyabr 2017    Oxunub:3800
"Azərbaycan Hava Yolları" QSC (AZAL) ötən gün təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 16-da AZAL J2-007 (Bakı-London) reysində texniki səbəbdən yaranan gecikmə ilə əlaqədar olaraq, bu reysin Londona gəlməsi Hitrou Hava Limanı (LHR) tərəfindən slot vaxtının bitməsi səbəbindən ləğv olunub.
"Bu reys Bakı vaxtı ilə bu gün saat 18:05-ə planlaşdırılan reys ilə birləşdiriləcək. Təyyarənin yerli vaxtla saat 21:05-də Londona enməsi planlaşdırılır. Gecikən sərnişinlər öz istəkləri ilə digər aviaşirkətlərin təyyarələri ilə Bakıya göndərilib, həmçinin oteldə yerləşdirilib.

Reysin statusunu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında izləmək mümkündür: www.airport.az. Yaranan narahatlığa görə üzr istəyirik!", - AZAL-ın məlumatında qeyd olunub.

AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti