"İkinci İsrailin yaradılmasına imkan verməyəcəyik" - İraq rəhbərliyi

"İkinci İsrailin yaradılmasına imkan verməyəcəyik" - İraq rəhbərliyi
  18 Sentyabr 2017    Oxunub:1583
"Biz İraqın şimalında ikinci İsrailin yaradılmasına imkan verməyəcəyik".

AzVision.az “Haber 7” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşü zamanı İraq prezidentinin köməkçisi Nuri əl-Maliki bildirib.
Nuri əl-Malikinin sözlərinə görə, referendum nə İraq xalqı, nə də kürd xalqlarının xeyrinədir və legitim hesab olunmayacaq.

İraqın baş naziri Heydər əl-Abadi isə bəyan edib ki, referendum ölkə konstitusiyasına ziddir və mərkəzi hakimiyyət tərəfindən tanınmayacaq.

Qeyd edək ki, İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq üçün referendum keçirmək qərarına gəliblər. Səsvermə sentyabrın 25-nə təyin edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İraq  





Xəbər lenti