“Dərsliklərin yazılmasında inhisarçılıq var” - Millət vəkili

“Dərsliklərin yazılmasında inhisarçılıq var” - Millət vəkili
  18 Sentyabr 2017    Oxunub:1617
“Dərsliklərin yazılmasında inhisarçılıq yolverilməzdir. Təəssüflər olsun ki, bu gün bizdə dərsliklərin yazılmasında inhisarçılıq var”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, dərsliklərin yazılması ilə bağlı müəyyən standartlar mövcuddur.

“Bizim iradlarımız olan dərsliklərə əl qoyulmalıdır. Bir tarixçi paleolitdən bu günə qədərki dövrü necə yaza bilər axı? Dərliklərimizdə nə qədər xronologiya ola bilər? Dərsliklərimizdə çox ciddi şəkildə millətçilik, dövlətçilik aşılanmalıdır.Statiskita yox”.

M.Qasımlı qeyd edib ki, məktəbdə dərs deyən müəllimlərin keyfiyyəti artırılmalıdır: “Hesab edirəm ki, bizim diqqət yetirdiyimiz məslələrdən biri də bu, olmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Dərslik   Deputat  





Xəbər lenti