ATƏT-in sammitində Zəhranın qətlindən danışıldı

ATƏT-in sammitində Zəhranın qətlindən danışıldı
  18 Sentyabr 2017    Oxunub:2389
Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı ATƏT-in Varşavada keçirilən sammitində məsələ qaldırılıb.
AzVision.az -ın məlumatına görə, bu barədə sammitdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov çıxış edib.

O, Azərbaycan torpaqlarının 25 ildən artıqdır ki, ermənilərin işğalı altında qalmasından söz açıb. Hüquq müdafiəçisi, həmçinin çıxış zamanı diqqətə çatdırıb ki, 2 yaşlı Zəhra Quliyeva erməni təxribatı nəticəsində həlak olub.

Daha sonra Zəhranın fotoları sammit iştirakçılarına nümayiş etdirilib.

Sammitdə Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da iştirak edir. Kürdoğlu Əsgərov sabah baş tutacaq çıxışı zamanı atasının erməni işğalçıları tərəfindən girov saxlanılmasına etirazını bildirəcək.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: ATƏT   Sammit  





Xəbər lenti