OECD-lə səmərəli əməkdaşlıq davam edir

OECD-lə səmərəli əməkdaşlıq davam edir
  18 Sentyabr 2017    Oxunub:2062
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlığını uğurla davam etdirir.
AzVision.az xəbər verir ki, 12-13 sentyabr tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 18-ci Monitorinq Görüşü, sentyabrın 14-də isə Şəbəkənin Rəhbər Qrupunun 22-ci Görüşü keçirilib. Tədbirlərdə Şəqri Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri, eləcə də nüfuzlu beynəlxalq və qeyri-hökümət təşkilatlarının çoxsaylı nümayəndələri iştirak ediblər. Görüşlərdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Səbuhi Alıyev təmsil edib.

İstanbul Fəaliyyət Planının 18-ci Monitorinq Görüşü çərçivəsində ötən ilin sentyabr ayında qeyd edilən Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı İnkişaf Hesabatı dinləməyə çıxarılaraq Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr müzakirə edilib, bu istiqamətdə Azərbaycan Respublikasının ölkə Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsinə əsaslanan mühüm addımlar ataraq uğurlar əldə etməsi xüsusi qeyd edilib, ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və cəza tədbirlərinin vəhdəti, o cümlədən qanunvericilik və institusional islahatların davam etdirilməsi yüksək qiymətləndirilib, cənab Prezidentin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi alqışlanıb, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fəaliyyətini də əhatə edən anti-korrupsiya siyasəti ilə bağlı tövsiyələrin icrasında əhəmiyyətli inkişafın əldə edilməsi müəyyən edilmiş, dövlət idarəçiliyində şəffaflığın təmin edilməsində xüsusi rol oynayan “ASAN” xidmət mərkəzlərinin, həmçinin korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibinin həyata keçirilməsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti önə çəkilib.

Müzakirələr nəticəsində IV Monitorinq Raund Hesabatı üzrə ölkəmizə ünvanlanmış cəmi 31 tövsiyədən hazırkı mərhələdə 21-nin uğurla icra edilməsi müəyyən edilmişdir ki, bu da hesabatın qəbul edilməsindən keçən qısa vaxt ərzində ümumi tövsiyələrin təxminən 70 %-nin ölkəmiz tərəfindən icra edilməsi deməkdir.

Bununla yanaşı, xüsusilə qeyd edilməlidir ki, monitorinq görüşlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iki ölkə üzrə dəyərləndirmələrdə ekspert qismində iştirak ediblər. Belə ki, Baş İdarənin Əməliyyat idarəsinin rəis müavini Emin Mürsəliyev Qazaxıstan Respublikası, Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əmir Ocaqverdiyev isə Tacikistan Respublikası üzrə IV Monitorinq Raundu çərçivəsində görüşlərdə iştirak edərək qeyd edilən ölkələrin korrupsiya cinayətləri ilə bağlı cinayət təqibi, prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında şəffaflığın təmin edilməsi istiqamətlərində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirləri dəyərləndirərək rəy vermiş, müvafiq tövsiyələrin və hesabatların hazırlanmasında iştirak ediblər.

Tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsi, eləcə də Azərbaycan təmsilçilərinin ekspert qismində digər ölkələrin fəaliyyətinin dəyərləndirilməsinə cəlb edilməsi Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti bariz nümunəsidir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası 2003-cü ildən OECD ilə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir və indiyədək respublikamız üç monitorinq mərhələsini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Hazırki IV Monitorinq Raundu 2019-cu ilədək qəbul edilmiş tövsiyələr üzrə bir sıra tədbirlərin icra edilməsini ehtiva edir və ölkəmiz üzrə növbəti İnkişaf Hesabatının 2018-ci ilin may ayında təqdim edilməsi nəzərdə tutulub.

OECD-lə səmərəli əməkdaşlıq davam edir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlığını uğurla davam etdirir.

xəbər verir ki, 12-13 sentyabr tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 18-ci Monitorinq Görüşü, sentyabrın 14-də isə Şəbəkənin Rəhbər Qrupunun 22-ci Görüşü keçirilib. Tədbirlərdə Şəqri Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri, eləcə də nüfuzlu beynəlxalq və qeyri-hökümət təşkilatlarının çoxsaylı nümayəndələri iştirak ediblər. Görüşlərdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Səbuhi Alıyev təmsil edib.

İstanbul Fəaliyyət Planının 18-ci Monitorinq Görüşü çərçivəsində ötən ilin sentyabr ayında qeyd edilən Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı İnkişaf Hesabatı dinləməyə çıxarılaraq Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr müzakirə edilib, bu istiqamətdə Azərbaycan Respublikasının ölkə Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsinə əsaslanan mühüm addımlar ataraq uğurlar əldə etməsi xüsusi qeyd edilib, ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və cəza tədbirlərinin vəhdəti, o cümlədən qanunvericilik və institusional islahatların davam etdirilməsi yüksək qiymətləndirilib, cənab Prezidentin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi alqışlanıb, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fəaliyyətini də əhatə edən anti-korrupsiya siyasəti ilə bağlı tövsiyələrin icrasında əhəmiyyətli inkişafın əldə edilməsi müəyyən edilmiş, dövlət idarəçiliyində şəffaflığın təmin edilməsində xüsusi rol oynayan “ASAN” xidmət mərkəzlərinin, həmçinin korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibinin həyata keçirilməsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti önə çəkilib.

Müzakirələr nəticəsində IV Monitorinq Raund Hesabatı üzrə ölkəmizə ünvanlanmış cəmi 31 tövsiyədən hazırkı mərhələdə 21-nin uğurla icra edilməsi müəyyən edilmişdir ki, bu da hesabatın qəbul edilməsindən keçən qısa vaxt ərzində ümumi tövsiyələrin təxminən 70 %-nin ölkəmiz tərəfindən icra edilməsi deməkdir.

Bununla yanaşı, xüsusilə qeyd edilməlidir ki, monitorinq görüşlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iki ölkə üzrə dəyərləndirmələrdə ekspert qismində iştirak ediblər. Belə ki, Baş İdarənin Əməliyyat idarəsinin rəis müavini Emin Mürsəliyev Qazaxıstan Respublikası, Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əmir Ocaqverdiyev isə Tacikistan Respublikası üzrə IV Monitorinq Raundu çərçivəsində görüşlərdə iştirak edərək qeyd edilən ölkələrin korrupsiya cinayətləri ilə bağlı cinayət təqibi, prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında şəffaflığın təmin edilməsi istiqamətlərində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirləri dəyərləndirərək rəy vermiş, müvafiq tövsiyələrin və hesabatların hazırlanmasında iştirak ediblər.

Tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsi, eləcə də Azərbaycan təmsilçilərinin ekspert qismində digər ölkələrin fəaliyyətinin dəyərləndirilməsinə cəlb edilməsi Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti bariz nümunəsidir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası 2003-cü ildən OECD ilə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir və indiyədək respublikamız üç monitorinq mərhələsini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Hazırki IV Monitorinq Raundu 2019-cu ilədək qəbul edilmiş tövsiyələr üzrə bir sıra tədbirlərin icra edilməsini ehtiva edir və ölkəmiz üzrə növbəti İnkişaf Hesabatının 2018-ci ilin may ayında təqdim edilməsi nəzərdə tutulub.



AzVision.az






Teqlər: korrupsiya  





Xəbər lenti