Zakir Həsənov komandirləri torpladı, tapşırıqlar verdi

  18 Sentyabr 2017    Oxunub : 1255
Zakir Həsənov komandirləri torpladı, tapşırıqlar verdi

Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissəyə gələrək ümummilli liderimiz Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünün önünə gül dəstələri qoyub və ehtiramını ifadə edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.

AzVision.az

Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi