“Ermənistan 5 rayonu qaytarmağa hazırdır” - Politoloq

  19 Sentyabr 2017    Oxunub : 10653
“Ermənistan 5 rayonu qaytarmağa hazırdır” - Politoloq

Ötən gün Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sensasion sayıla bilərək açıqlama verib. Erməni nazir bildirib ki, danışıqlar çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinin bir qismi geri qaytarılacaq.

O, qeyd edib ki, söhbət Qarabağın təhlükəsizliyinə və inkişafına təhlükə yaratmayacaq ərazilərdən gedir.

Nalbandyanın açıqlamasını AzVision.az-a şərh edən plitoloq Fikrət Sadıqov bildirib ki, torpaqların qaytarılması ilə bağlı fikirlər Ermənistan siyasətinin dalana dirənməsinin nəticəsidir.

Politoloqun sözlərinə görə, artıq Ermənistan rəhbərliyi ölkənin təcrid vəziyyətində olduğunu qəbul etməyə başlayıb.

“Ötən ilin aprel döyüşləri göstərdi ki, biz heç vaxt bu məsələdə geri çəkilməyəcəyik. Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Hər keçən gün hərbi potensialımız daha da artır. Bunu nəzərə alan Ermənistan tərəfi toraqların geri verilməsi haqda bizə mesah göndərir. Burada söhbət 5 rayondan gedir. Bu, Kazan və Madrid prinsiplərində də öz əksini tapmışdı. Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bu məsələni bilərəkdək uzadır. İndi vəziyyət xeyli dəyişib. Onlar çıxılmaz durumda olduqlarını başa düşürlər. Bu səbəbdən Ermənistan rəhbərliyi 5 rayonu azad etməyə hazır olduğunu bildirir. KəlbəcərLaçın bura daxil deyil”.

F.Sadıqov vurğulayıb ki, torpaqların hansı şəraitdə qaytarılacağı məlum deyil: “Erməni nazir açıqlamasında bu məsələyə toxunmayıb, bu baxımdan həmin ifadəyə şübhə ilə yanaşıram. Çünki bunun müqabilində hansısa şərtlər qoyacaqlar, bunu bilmirik. Şərtlər elə mürəkkəb ola bilər ki, Azərbaycan heç vaxt buna razı olmaz. O baxımdan bunu deyilən formada qəbul etmək lazım deyil. Bəyənat verməklə ona əməl etmək arasında böyük bir fərq var. Hansı əraziləri boşaltmaq istədikləri də məlum deyil. Düşünürəm ki, bu məsələ ilə bağlı müzakirələr davam edəcək”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Qarabağ   Politoloq   Fikrət-Sadıqov