Maşından külli miqdarda pirotexniki vasitə tapılıb

Maşından külli miqdarda pirotexniki vasitə tapılıb
  19 Sentyabr 2017    Oxunub:1256
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn vətəndaşın idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin müxtəlif yerlərində, üzərində "Petards" yazısı olan 70 blok (hər birində 10 qutu olmaqla), üzərində "Crazy robs" yazısı olan 36 blok (hər birində 12 ədəd olmaqla) və üzərində "Qranat" yazısı olan 108 ədəd pirotexniki vasitə aşkar olunub.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti