"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan

"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
  19 Sentyabr 2017    Oxunub:3440
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-Abadi ilə əlaqə saxlayaraq, Kürdüstanın müstəqilliyinə dair təyin olunan referendumla bağlı müzakrə aparıb.

AzVision.az “Anadolu” nəşrinə istinadən xəbər verir ki, rəsmi Ankara və Bağdad referendumun regionda gərginliyə səbəb olacağı qənaətindədir.
Ərdoğan və əl-Abadi İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar. Onlar, həmçinin İraq Federal məhkəməsinin referendumun keçirilməsinin dayandırılması barədə qərarını alqışlayıblar.

Qeyd edək ki, İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq üçün referendum keçirmək qərarına gəliblər. Səsvermə sentyabrın 25-nə təyin edilib.

İraq Konstitusiya Məhkəməsi Kürdüstan Muxtar Vilayətində müstəqillik haqqında referendum keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan   İraq  





Xəbər lenti