"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
AzVision.az “Anadolu” nəşrinə istinadən xəbər verir ki, rəsmi Ankara və Bağdad referendumun regionda gərginliyə səbəb olacağı qənaətindədir.
Qeyd edək ki, İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq üçün referendum keçirmək qərarına gəliblər. Səsvermə sentyabrın 25-nə təyin edilib.
İraq Konstitusiya Məhkəməsi Kürdüstan Muxtar Vilayətində müstəqillik haqqında referendum keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.
Eldar Tanrıverdiyev
AzVision.az