İqtisad Universiteti ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

İqtisad Universiteti ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib
  19 Sentyabr 2017    Oxunub:5022
Hesablama Palatasının növbəti Kollegiya iclasında “Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə Hesabat müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, Kollegiya universitet tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycanın Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

AzVision.az


Teqlər: Hesablama-Palatası   Baş-Prokurorluq  





Xəbər lenti