Rusiyanın hərbi gəmiləri Bakı limanında - Fotolar+Video

Rusiyanın hərbi gəmiləri Bakı limanında - Fotolar+Video
  19 Sentyabr 2017    Oxunub:1625
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəlib.
Müdafiə Nazirliyindən AzVision.az-a bildirilib ki, qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.



Səfər çərçivəsində gəmi heyətləri Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaq.



Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Səfər sentyabrın 22-dək davam edəcək.





AzVision.az



Teqlər: Rusiya   gəmi  





Xəbər lenti