“Turan” Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir - Baş Prokurorluq

“Turan” Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir - Baş Prokurorluq
  19 Sentyabr 2017    Oxunub:1983
““Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir”.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.

Həmçinin bildirilib ki, “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti