Müdafiə naziri cəbhəboyu zonada - FOTOLAR

  19 Sentyabr 2017    Oxunub : 660
Müdafiə naziri cəbhəboyu zonada - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını ediblər.

Bu barədə AzVision.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlər ilə tanış olaraq müvafiq tapşırıqlar verib.

AzVision.az

Foto


Teqlər: Müdafiə-Nazirliyi