“ASAN Könüllüləri”ndən “Canlı xatirə”

  19 Sentyabr 2017    Oxunub : 528
“ASAN Könüllüləri”ndən “Canlı xatirə”

18 sentyabr “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “ASAN Xidmət”, ”Beynəlxalq Muğam Mərkəzi, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə Beynəlxalq Muğam mərkəzində Üzeyir Hacıbəyovun 132 iliyinə və Milli Musiqi gününə həsr olunmuş “Canlı xatirə” adlı konsert proqramı keçirilib.

Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dahi bəstəkarların musiqi əsərlərinin gənclərə təbliğ olunması, həmçinin onlara milli mənəvi dəyərlərin aşılanmasıdır. O, eyni zamanda qeyd edib ki, “ASAN Könüllüləri” mədəniyyət sahəsində bir çox uğurlu layihələr həyata keçirib və bundan sonra da bu yöndə fəaliyyətlərini davam etdirəcəklər.

Çıxış edən Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva qeyd edib ki, Üzeyir Hacıbəyovun yetişdirdiyi nəsl Azərbaycan musiqisini dünyada layiqincə tanıdıb. Nərminə Quliyeva həmçinin, gənclərin Üzeyir Hacıbəyov kimi dahi şəxsiyyətlərə dəyər veriyini gördükdə böyük fəxr hissi keçirdiyini də vurğulayıb.

Daha sonra çıxış edən əməkdar artist Ülviyyə Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişafında Üzeyir Hacıbəyovun müstəsna rol oynadığını və dahi musiqiçilər tərəfindən onu, “şərqin böyük hadisəsi” adlandırdıqlarını bildirib.

Sonra “ASAN Könüllüləri”nin, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında dahi bəstəkarlar Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası”, “Sevgili canan”, Tofiq Quliyevin “Bəxtəvər oldum” və digər əsərlər ifa olunub.


Teqlər: ASAN-Könüllüləri   Canlı-Xatirə   Konsert