RİİB regionlarda könüllülük proqramına start verir

RİİB regionlarda könüllülük proqramına start verir
  20 Sentyabr 2017    Oxunub:2848
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülük proqramına start verir.
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində iştirak etmək arzusunda olan və 17 yaşı tamam olan hər bir şəxs könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşula bilər. (Qeydiyyat üçün link: https://goo.gl/Q8hysW)Könüllülük proqramı oktyabrın 1-dən başlayacaq və 3 ay davam edəcək. Proqramda iştirak üçün son qeydiyyat tarixi 24 sentyabr 2017-ci ildir.

Proqram çərçivəsində RİİB-in fəaliyyətinə qoşulan könüllülər üçün müxtəlif təlimlər təşkil olunacaq, onların iştirakı ilə bir sıra sosial layihələr həyata keçiriləcək, eləcə də daxil olan müraciətlərin araşdırılması, icrası, layihə təkliflərinin hazırlanması, analitik təhlillərin aparılması və digər istiqamətlərdə RİİB-in fəaliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyinin əsas məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, əhalinin ayrı-ayrı sahələrdəki problemlərini öyrənmək və onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlinə nail olmaq, o cümlədən dövlət tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə və layihələrə dəstək göstərməkdir.

AzVision.az





Teqlər: RİİB  





Xəbər lenti