Hacı Qalibin oğlu həbsdən azad edilmədi

Hacı Qalibin oğlu həbsdən azad edilmədi
  20 Sentyabr 2017    Oxunub:2186
Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Qalib Salahzadənin (Hacı Qalib) oğlu Əlihüseyn Salahzadənin apellyasiya şikayətinə baxılıb.
İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Əlihüseyn Salahzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə. Salahzadə bir neçə gün əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

AzVision.az




Teqlər: Şeyx   Azərsu   Hacı-Qalib  





Xəbər lenti