Polislər üçün yeni medal təsis edilir

Polislər üçün yeni medal təsis edilir
  20 Sentyabr 2017    Oxunub:1623
Azərbaycan polisləri üçün yeni medal təsis olunur.
AzVision.az xəbər verir ki, "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunur.

Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilir. Yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Polis   Medal  





Xəbər lenti