Avropa İttifaqının 28 üzvü Bakıya gəlir

Avropa İttifaqının 28 üzvü Bakıya gəlir
  20 Sentyabr 2017    Oxunub:2299
Avropa İttifaqının (Aİ) təhlükəsizlik və siyasət komitəsinin sədri və 28 üzvü Azərbaycana səfər edəcək.

AzVision.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Yankauskasın sözlərinə görə, səfər oktyabrın 3-nə planlaşdırılıb: "Tarix dəyişə bilər. Səfər zamanı Aİ-Azərbaycan münasibətləri, xüsusilə təhlükəsizlik siyasəti aspektləri müzakirə olunacaq. Bütün Aİ üzvləri bu görüşdə iştirak edəcək".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan   Səfir  





Xəbər lenti