XİN: ABŞ konqresmenlərinin Qarabağa səfəri araşdırılır

XİN: ABŞ konqresmenlərinin Qarabağa səfəri araşdırılır
  20 Sentyabr 2017    Oxunub:2726
ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaqdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

"Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər" - deyə H. Hacıyev bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   ABŞ   Konqress  





Xəbər lenti