Pakistanla hərbi əməkdaşlıq müzakirə edilib

Pakistanla hərbi əməkdaşlıq müzakirə edilib
  20 Sentyabr 2017    Oxunub:1624
Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Azərbaycan müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti