Sarkisyan BMT tribunasından ifşa edildi – VİDEO

  21 Sentyabr 2017    Oxunub : 2414
Sarkisyan BMT tribunasından ifşa edildi – VİDEO

Ötən gün BMT-nin sessiyasında çıxış etmiş Ermənistan prezidenti Serj Sarkisyan rəhbərlik etdiyi rejimin mahiyyətini ifşa etmişdir. Dünya ölkələri beynəlxalq sülhdən, qlobal problemlərin həllindən bəhs etdiyi bir vaxtda, o öz bəyantları ilə faktiki olaraq beynəlxalq hüquq prinsiplərinə, eləcə də BMT-nin əsasnaməsinə hörmətsizliyini nümayiş etdirib.

Serj Sarkisyanın çıxışının yenə ənənəvi erməni xislətinə uyğun olaraq böhtan və yalan üzərində qurulması deyəsən artıq beynəlxalq ictimaiyyətdə də təccüb doğurmur. Elə bu qurumun özünün qəbul etdiyi 4 qətnaməni həyazsıcasına görməzdən gələn Sarkisyan öz ölkəsinin belə tanımadığı separatçı rejimin vəkili statusunda idi. Siyasi avantüra ilə Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham edən Sarkisyan hətta utanmadan Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham edirdi. Sarkisyan həm yazıq, məzlum erməni obrazına bürünərək aprel döyüşlərində Azərbaycanın hücumuna məruz qaldıqlarını deyir, həm də qondarma rejimin müstəqilliyini tələb etməklə beynəlxalq hüququ heçə sayan məntiqsiz bəyanatlar verirdi.

Məsələyə manasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Sarkisyanın əsassız ittihamları cavabsız qala bilməzdi. Odur ki, Prezident İlham Əliyevin çıxışında Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutdu. Bu zaman bütün dünya səviyyə fərqinin də şahidi oldu. Prezident İlham Əliyev münaqişənin səbəbinin yaratdığı fəsadları, habelə regional və qlobal təhlükəni tarixi faktlar və təkzibolunmaz sübutlarla əsaslandırdı.

Elman Nəsirov deyir ki, prezidentin BMT Baş assambleyasındakı çıxışı dünya dövlətlərinə də özləri üçün müqayisə və təhlil üçün bir imkan yaratdı. Çünki prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan lokal regional səviyyəni çoxdan aşıb. Azərbaycan kiçik ölkə olsa da beynəlxalq dialoqa, sülhə, terrorizmlə mübarizəyə, multikulturalizm, tolerantlıq kimi dəyərlərin yaşadılmasına öz tövhəsini verən bir ölkədir. Azərbaycan separatizmdən, qonşu dövlətin işğalçı siyasətindən əziyyət çəkən bir ölkə olsa belə, qlobal problemlərə heç vaxt biganə qalmır. Əksinə bütün dünyanın bu cür mənfi tendensiyalarla birgə mübarizəyə səsləyir. (Xəzər TV)



AzVision.az

Teqlər: BMT   Sarkisyan