XİN rəhbəri Trampın çıxışını “itin hürməsi”nə bənzətdi

XİN rəhbəri Trampın çıxışını “itin hürməsi”nə bənzətdi
  21 Sentyabr 2017    Oxunub:10306
Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo ABŞ prezidenti Donald Trampın BMT-nin baş assambleyasındakı çıxışını "itin hürməsi"nə bənzədib.
AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, bunu Xo "Yonxap" agentliyi müsahibəsində bildirib.

"Əgər o düşünürsə ki, itin hürməsi bizi qorxudacaq, həqiqətən bu, it fantaziyasıdır", - XİN rəhbəri deyib,

Məlumatda qeyd olunub ki, Koreya dilində "it fantaziyası" isə absurd, mənasız, əbəs kimi başa düşülür.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Şimali-Koreya   ABŞ   Tramp  





Xəbər lenti