"Qafar Hüseynov işdən çıxarılmayıb" - Valideynlərin etirazına rəsmi cavab

  21 Sentyabr 2017    Oxunub : 2381
"Qafar Hüseynov işdən çıxarılmayıb" - Valideynlərin etirazına rəsmi cavab

Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktorunun işdən çıxması ilə bağlı valideynlər etiraz aksiya keçiriblər.

Valideynlər direkorun işdən çıxmasına etiraz əlaməti olaraq məktəbin qarşısına toplaşıblar.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır.

“Direktor hazırda fəaliyyətdədir. Bu şayiələr məqsədli şəkildə yayılır. Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir. Onu hazırda direktorun təlim-tərbiyə işləri üzrə müavini əvəz edir. Məktəbin idarəçiliyində heç bir problem yoxdur, valideynlərin təşvişi əsassızdır”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Məktəb   Direktor