“Sarkisyanın BMT-dəki çıxışı həyasızlıqdır” - Əli Həsənov

  21 Sentyabr 2017    Oxunub : 1458
“Sarkisyanın BMT-dəki çıxışı həyasızlıqdır” - Əli Həsənov

“Son 200 ildə ermənilər tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının bir hissəsi yalnız 1994-cü ildə Horadiz əməliyyatı və 2016-cı ilin aprel ayında Lələtəpə əməliyyatı zamanı işğaldan azad edildi”. AzVision.az-ın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, son 200 ildə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə keçirilən əməliyyatla Horadiz və prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə aprel ayında keçirilən əməliyyatla Lələtəpə azad edilib.

“İşğaldan azad edilərək yenidən qurulan bir kənd bütün dünyaya səs saldı. Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı sərəncam imzaladı. Artıq kənd əhalisinin bir hissəsi öz doğma yurdlarına qayıdıb və yeni evlərin tikintisi davam edir. Beləliklə, bu, böyük qayıdışın başlanğıcıdır. Oralar Azərbaycan torpaqlarıdır. Kim necə qiymət verir, versin. Tezliklə həmin torpaqlar işğaldan azad ediləcək”.

Ermənistan perzidenti Serj Sarkisyanın BMT-dəki çıxışına toxuanan Ə.Həsənov qeyd edib ki, Sarqsyan bu çıxışla özünü biabır edib: “ Sarkisyan çıxışı ilə həyasızlığını, abırsızlığını göstərdi. Belə fikirləşirəm ki, o çıxış onun öz beyninin məhsulu deyil. Necə ola bilər ki, sən bir ölkənin torpaqlarını işğal edirsən, insanları məcburi edirsən, sonra da bu cür çıxış edirsən?! Bu, tərbiyəsizlikdir. Çıxışı zamanı da əzilib-büzülürdü - günahkar insanlar belə edir. Ermənistan prezidenti cinayətkardır. Əksinə, Prezident İlham Əliyev isə qətiyyətli çıxış etdi”.

AzVision.az

Teqlər: İlham-Əliyev   Cocuq-Mərcanlı