“Azərbaycan-İsrail əlaqələrinə mane olmağa çalışırlar” - Yevda Abramov

  21 Sentyabr 2017    Oxunub : 1045
“Azərbaycan-İsrail əlaqələrinə mane olmağa çalışırlar” - Yevda Abramov

İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı Azərbaycanla əməkdaşlıqdan danışıb.Netanyahu ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib.

“Biz Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”,- deyə Netanyahu vurğulayıb.

Milli Məclisinin yəhudi deputatı Yevda Abramov baş nazir Netanyahunun çıxışı ilə bağlı AzVision.az-a bildirib ki, İsrail və Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. Əlaqələrin gələcəkdə uğurla davam edəcəyi heç kimə sirr deyil.

Deputat hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan-İsrail əlaqələrinə mane olmağa çalışan dövlətlər var.

“İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin tribunasından dünyaya çatdırdı ki, baxmayaraq ki, Azərbaycanın bəzi qonşuları bunu istəmir, İsrail münasibətləri bundan sonra da genişləndirəcək”.

Y.Abramovun sözlərinə görə, İsraillə münasibətlərin genişlənməsi Azərbaycanın xeyrinədir: “Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu yaxınlarda İsrailə səfər edib. Dövlətlər arasında hərbi sahə ilə bağlı bir sıra müqavilələr imzalanıb. Dövlətlər arasında diplomatik münasibətlər yüksək səviyyədə olarkən, belə səfərlər normal hesab olunur”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Azərbaycan   İsrail   Yevda-Abramov