Petrosyan: Erməni nazirlərin çoxu fəraridir

Petrosyan: Erməni nazirlərin çoxu fəraridir
  21 Sentyabr 2017    Oxunub:4215
“Ermənistanda hazırda elə vəzifəlilər, rəsmi şəxslərin övladları və nəvələri var ki, onlar hərbi xidmət keçmədən bilet alaraq, dövlət işlərində çalışırlar”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda “Könüllü döyüşçülər ittifaqı” şurasının üzvü, “Aparan” dəstəsinin komandiri Razmik Petrosyan bildirib.
Onun sözlərinə görə, müharibə şəraitində olan ölkənin müdafiə naziri hərbçi olmalıdır: “Bizdə normal deyil. Qəbul edilən qanunlar əvvəlkilər kimi formal xarakterli olacaq”.

R. Petrosyan deyib ki, Ermənistanda bir çox yüksək vəzifəli şəxslər və nazirlər hərbi xidmət keçməyib: “Onların yalnız övladları deyil, özləri də hərbi xidmətdə olmayıblar. Orduda xidmət keçməyən şəxslərin küçə ticarətindən başqa yaşamağa vəsaiti olmamalıdır. Yəni, hərbi xidmət keçməyən rəsmi şəxslər dövlət vəzifəsi tutmaq hüququna malik olmamalıdır. Ancaq bizim hərbi xidmətdə olmayan yüksək vəzifəli rəsmi şəxslərimiz, nazirlərimiz var”.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti