Sabahın hava proqnozu açqlanıb

  21 Sentyabr 2017    Oxunub : 537
Sabahın hava proqnozu açqlanıb

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: hava   duman