Bu il Azərbaycanla Aİ arasında saziş imzalanmayacaq

Bu il Azərbaycanla Aİ arasında saziş imzalanmayacaq
  21 Sentyabr 2017    Oxunub:1703
"Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir".

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavini bildirib ki, ilk növbədə sənədin keyfiyyəti vacibdir: "Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu, hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb. Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu düzgün olmaz".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Mahmud-Məmmədquliyev    





Xəbər lenti