Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gedib

Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gedib
  21 Sentyabr 2017    Oxunub:1960
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bu gün valideyn və məktəblilərin etiraz aksiyası keçirdiyi Bakı Məktəb Lisey Kompleksinə (200 və 43 saylı məktəb) baş çəkib.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, M.Vəliyeva təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.

İdarə müdiri MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edilub ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti