AzərTac EANA-nın konfransında iştirak edir

AzərTac EANA-nın konfransında iştirak edir
  21 Sentyabr 2017    Oxunub:1176
Bu gün Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı başlanır.
Konfransın işində EANA-nın üzvləri, o cümlədən 2008-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da iştirak edir.

Budəfəki konfrans “Videoxəbərlərin yaradılması və maddiləşdirilməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusuna həsr edilib.

Konfransda AZƏRTAC-ı bu agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov təmsil edir. Konfransın gündəliyində V.Seyidovun qısa çıxışı nəzərdə tutulur. O, videoxəbərlər yaradılması sahəsində AZƏRTAC-ın qazandığı nailiyyətlər barədə hesabat təqdim edəcək.

Sabah EANA-nın Baş Assambleyasının iclası olacaq.

AzVision.az


Teqlər: EANA  





Xəbər lenti