Xızıda 8064 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 8064 ədəd partlamamış hərbi sursat aşkarlanıb
  22 Sentyabr 2017    Oxunub:1786
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, sentyabrın 21-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin və 1 otlaq sahəsinə, kənd qəbiristanlığına və qəsəbə ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 794 ədəd partlamamış hərbi sursat (PHS), 99 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 077 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 143 000 kv.m (14.30 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat (PHS), 3 858 ədəd partlamış-yanmış sursat qalıqları və 13 105 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 37 868 238 kv.m (3 786.82 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti