Evlərin təhlükəsizliyinə robotlar nəzarət edəcək

  22 Sentyabr 2017    Oxunub : 2797
Evlərin təhlükəsizliyinə robotlar nəzarət edəcək

“Ağıllı” texnologiyalar hər ötən gün həyatımıza daha çox daxil olur. Gündəlik həyatda evimizin təhlükəsizliyinə nəzarəti təmin edən “Aevena Aire” adlı ev robotu gələcəkdə vaxtaşırı istifadə ediləcək yeni texnologiyanın başlanğıcı ola bilər.

Türkiyənin “Teknolojioku” saytı xəbər verir ki, “Aevena Aire” digər dron modellərə nisbətən daha səssiz işləyir. Sensorlar sayəsində uçan bu qurğu heç bir əşyaya toxunmadan evə nəzarət edir. İnternetə çıxışı olan bu robot vasitəsilə evə kənardan da nəzarət etmək mümkündür.

Evin təhlükəsizliyinə nəzarət baxımından “Aevena Aire” buna bənzər digər texnologiyaları üstələyir. Belə ki, evin hər küncündə təhlükəsizlik kamerası yerləşdirmək əvəzinə bu robotdan istifadə olduqca səmərəlidir. Çünki uçaraq evin istənilən yerini lentə alan “Aevena Aire” təhlükəsizliyə ciddi nəzarət etməyi bacarır.

Bu ilin sentyabrında satışa çıxarılacaq məhsulun qiymətinin 1.499 ABŞ dolları olacağı nəzərdə tutulub.

AzVision.az

Teqlər: