Erməni deputatlar Bakını gəzəcəklər

Erməni deputatlar Bakını gəzəcəklər
  22 Sentyabr 2017    Oxunub:1874
Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar.
AzVision.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında erməni deputat Mane Tandilyan deyib.

"Sabah Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub".

Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti