"Bu il imtahanlarda heç bir dəyişiklik olmayacaq" - Məleykə Abbaszadə

"Bu il imtahanlarda heç bir dəyişiklik olmayacaq" - Məleykə Abbaszadə
  22 Sentyabr 2017    Oxunub:4990
2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub:
"Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində kurikulum əsasında tədris qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə, ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır. Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə tutulub".

M.Abbaszadə qeyd edib ki, dəyişiklik barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.

İmtahan fənlərinin sayının azaldılmasına da toxunan DİM rəhbəri deyib ki, 2019-cu ildə qəbul imtahanlarında isə hər qrup üzrə 3 fənn təqdim olunacaq və yenə də 3 saat veriləcək:

"Bu prosesdə yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar öz əksini tapacaq. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abuturiyent cavabı özü tapacaq. Bu tapşırıqların yoxlanılması da yeni üsullarla olacaq". (Trend)

AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti