Qarabağda iki erməni hərbçinin yaralanması gizlədilib

Qarabağda iki erməni hərbçinin yaralanması gizlədilib
  23 Sentyabr 2017    Oxunub:4270
Ötən gün Ermənistanın müstəqillik günü ilə əlaqədar prezident Serj Sarkisyan hərbçilərin təltif edilməsi haqda sərəncam imzalayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarbağda yerləşən hərbi hissələrin birində (Talış istiqaməti) xidmət edən əsgər Vahe Qriqoryana “Döyüş xidmətlərinə görə” medal verilib.
İşğal altında olan Qarabağın Talış kəndində bir ildir ki, xidmət edən Vahe Qriqoryan bu medala yaralanan erməni zabitin həyatını xilas etdiyinə görə layiq görülüb.

Jurnalistlərə müsahibə verən Vahe Ermənistanın rəsmi orqanlarının gizlətdiyi məlumatları açıqlayıb.

“Mükafat aldığım barədə xəbəri eşidəndə hospitalda müalicə olunurdum. 15 iyun 2017-ci ildə gecə atışma zamanı zabitimiz yaralandı. Ona kömək edərkən, mən də qollarımdan yaralandım. İndi müalicə alıram. Müalicəm başa çatdıqdan sonra hərbi hissəyə qayıdacağam ”- erməni əsgər deyib.

Erməni əsgərin bildirdiyi kimi, 15 iyun 2017-ci il tarixində Qarabağın Talış istiqamətində Azərbaycan ordusu tərəfindən düşmən təxribatının qarşısı alınarkən bir erməni zabit və bir əsgər yaralanıb. Ermənistanın Müdafiə Nazirliyi bu məlumatı indiyədək gizlədilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti