Anarın dünya çempionunu öldürməsinin yeni görüntüləri - VİDEO

Anarın dünya çempionunu öldürməsinin yeni görüntüləri - VİDEO
  23 Sentyabr 2017    Oxunub:76609
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun azərbaycanlı idmançı Anar Allahverənov tərəfindən döyülərək öldürülməsinin yeni görüntüləri yayılıb.

AzVision.az-ın verdiyi xəbərə görə, görüntülərdən məlum olur ki, davadan əvvəl Anar Allahverənov Andrey Draçovla söhbət edib. Daha sonra rusiyalı idmançı Anara hücum çəkib.
Məlumata görə, davaya Draçovun Anarı təhqir etməsi səbəb olub.



Qeyd edək ki, sentyabrın 19-u Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən Xabarovsk vilayətinin vətəndaşı, azərbaycanlı idmançı Anar Əlyar oğlu Allahverənov Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub.

Həmyerlimizə qarşı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Əgər onun günahı sübuta yetirilsə, 20 il və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Dünya-Çempionu  





Xəbər lenti